Türkiyənin müdafiə naziri Almaniyaya gedirbackend

Türkiyənin müdafiə naziri Almaniyaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar 30-a yaxın ölkənin müdafiə nazirləri ilə sabah Almaniyada keçiriləcək Ukrayna ilə bağlı toplantıya qatılacaq.

Bu barədə İnterpress.az Türkiyə mıtbuatına istinadın xəbər verir.

Sabah NATO-nun Ramşteyn Hava Bazasında keçiriləcək NATO-nun “Ukrayna üzrə Müdafiə və Təhlükəsizlik Məşvərət Qrupu Toplantısı”nda Ukraynadakı hadisələr müzakirə olunacaq.

Milli Müdafiə naziri Akarın da qatılacağı toplantıya 30-a yaxın ölkənin müdafiə naziri qatılacaq.

İclasda Rusiya-Ukrayna müharibəsində baş verənlər, bölgədəki son vəziyyət və yardım məsələlərinin müzakirə ediləcəyi gözlənilir.