Türkiyədə yaşlıların qocalar evlərinə yerləşdirilməsinə tələbat artır.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyədə yaşlı əhalinin payı tarixi maksimuma çataraq 11,1 faizə yüksəlib.
Artan yaşlı əhali fonunda qocalar evlərinə tələbatın da artdığı bildirilir. Hazırda ölkə üzrə 178 dövlət qocalar evi və reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu müəssisələrdə 15 263 nəfər yaşayır.
Özəl müəssisələr də nəzərə alındıqda qocalar evlərində yaşayan yaşlıların ümumi sayı 30 minə yaxınlaşır.
Tələbat bölgələr üzrə fərqlənir. Böyük şəhərlərdə və daha çox seçilən müəssisələrdə yerlərin çatışmazlığı və növbələr müşahidə olunur.
Bəzi vilayətlərdə isə boş yerlər qalmasına baxmayaraq, həmin müəssisələrə maraq daha aşağıdır.
Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, hökumət qocalar evlərinin tutumunu artırmağı, yaşlılar üçün gündüz mərkəzlərinin sayını genişləndirməyi və evdə qulluq üzrə yeni modellər tətbiq etməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az






