Twitter-in CEO-su Elon Musk bir neçə ildir aktiv olmayan hesabların sosial media platformasından silinəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bir neçə ildir aktiv olmayan hesabları təmizləyəcəklərini ifadə edən Musk deyib: “Bu səbəblə, yəqin ki, izləyici sayında azalma görəcəksən”.
Twitter-in siyasətinə görə, istifadəçilər hesablarını aktiv saxlamaq üçün ən azı 30 gündən bir daxil olmalıdırlar.