Üç minə yaxın qazi təklif olunan işdən imtina etdibackend

Üç minə yaxın qazi təklif olunan işdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2 856 nəfər şəhid ailəsi üzvü ilə görüş keçirilib. Onlardan 2 315 nəfəri bu, ya digər aktiv məşğulluq növü ilə işlə təmin olunub. 541 nəfəri isə bu xidmətlərdən imtina edib”.

“Report” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədr müavini Cəmaləddin Quliyev deyib.

Sədr müavini bildirib ki, 11 367 qazidən 9 228-i ilə görüşülüb:

“4 785 nəfəri işlə təmin edilib, 2 960 imtina olub. Bundan sonra da qazilər və şəhid ailəsi üzvlərinin işlə təmin olunması prosesi davam edəcək”.