Üç müəllimin müəllifliyi ilə ‘Kimya və abituriyent” kitabı təkrar çap olundubackend

Üç müəllimin müəllifliyi ilə ‘Kimya və abituriyent” kitabı təkrar çap olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ötən il oxucuların ixtiyarına verilən “Kimya və abituriyent” adlı dərs vəsaiti təkrar nəşr olunub.

İnterpress.az xəbər verir ki, təkrar nəşr olunmasına səbəb dərs vəsaitinə tələbatın kəskin artması olub.

Qeyd edək ki, vəsait şagirdlər, abituriyentlər, kimya müəllimləri, eləcə də müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub.

Vəsait Dövlət İmtahan Mərkəzinin (DİM) kimya vəsaitinin və orta məktəb kimya dərsliklərinin əsasında hazırlanıb, bütün ağır fikir və izahlar xeyli sadələşdirilib.

Fərid Talıbov, Vüsal Əliyev və Ruslan Talıbın müəllifliyi ilə ərsəyə gələn kitab asan, anlaşıqlı, sadə və yığcam şəkildə hazırlanaraq istifadəyə verilib.

Vəsaitin elmi redaktorları Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Liseyinin kimya müəllimi Şahmar Bayramov və Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin kimya-biologiya müəllimi Hicran Ağayevadır.

Kitabın müəllifləri və elmi redaktorları uzun müddətdir ki, kimya tədrisi ilə məşğul olan və bu sahədə səriştəli pedoqoq-müəllimlərdir.