Üçtərəfli bəyanatdan sonra axtarışlar zamanı 400-ə yaxın şəxsə aid meyit qalıqları aşkarlanıbbackend

Üçtərəfli bəyanatdan sonra axtarışlar zamanı 400-ə yaxın şəxsə aid meyit qalıqları aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçtərəfli bəyanat imzalandıqdan sonra aparılan axtarış-qazıntı işləri zamanı 400-ə yaxın vətəndaşımıza aid meyit qalıqları aşkar edilib.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, axtarış-qazıntı ilə bağlı aparılan işlər davam etdirilir: “Hazırdakı ərazi Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxslərimizə dair əsir və girovluqdan azad olunmuş və müharibənin şahidi olmuşlardan çoxsaylı məlumat daxil olub. Bizdə olan məlumata görə, bu ərazidə bizim hərbçilərlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib. Ərazidə ANAMA tərəfindən təmizləmə işləri aparılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən qazıntı işləri görülüb. Təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir”.

Eldar Səmədov qeyd edib ki, Dövlət Komissiyası dövlət başçısı tərəfindən üzərlərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər: “Ümid edirik ki, 30 ildir ki, yaxınları və əzizlərini itən şəxslərin intizarına son qoya biləcəyik”.