UEFA Millətlər Liqası: Azərbaycan yığması yeni mövsümdə ilk oyununa çıxırbackend

UEFA Millətlər Liqası: Azərbaycan yığması yeni mövsümdə ilk oyununa çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağı olacaq.

Nur–Sultandakı “Astana Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edəcək.

Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Komanda keçirdiyi 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

18:00. Qazaxıstan – Azərbaycan

Baş hakim: İştvan Vad

Qazaxıstan. Nur-Sultan. “Astana Arena”

Qeyd edək ki, qrupun digər matçında Belarus Serbiyada Slovakiyanı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.