Ukrayna Ali Radası Xmelnitski AES üçün Rusiya avadanlıqlarının alınması ilə bağlı qanun layihəsini dəstəkləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Ukrayna Ali Radası Xmelnitski atom elektrik stansiyası üçün Rusiya avadanlıqlarının alınması ilə bağlı qanun layihəsini dəstəkləyib.
Bunun üçün yarım milyard avro xərcləmək planlaşdırılır, – ukraynalı deputat Qonçarenko deyib.
Ukrayna mətbuatı xəbər verir ki, reaktorları əvvəllər Rusiyadan Bolqarıstan alıb, indi isə Ukrayna Bolqarıstandan alacaq.
Xuraman Etibarlı
İnterpress.az