Ukrayna ərazisindən təbii qaz nəqli xeyli azalıbbackend

Ukrayna ərazisindən təbii qaz nəqli xeyli azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın “mavi yanacaq” nəqli sistemi vasitəsilə Rusiya təbii qazının ötürülməsi ilə bağlı sifariş bazar gününə nisbətən azalaraq 48,6 milyon kubmetrə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ukraynanın Qaz Nəqli Sisteminin Operatoru”nun məlumatında deyilir.

Ukrayna “Soxranovka” stansiyasının Rusiya qüvvələrinin nəzarətində olmasını əsas gətirərək, bu stansiya vasitəsilə qaz qəbulunu mayın 11-i dayandırıb. Bu səbəbdən, hazırda Avropaya qaz nəqli yalnız “Suca” stansiyası vasitəsilə həyata keçirilir. “Qazprom” bütün qaz həcmlərini “Suca” stansiyasına keçirməyin texnoloji baxımdan mümkün olmadığını, şirkətin avropalı istehlakçılar qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini, nəql xidmətlərinin haqqının isə tamamilə ödənildiyini açıqlayıb.