Ukrayna mühüm əks-hücuma keçmək üzrədir.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib.
Bildirib ki, F-16-lar bu hücumlar çərçivəsində əsas imkanlara malikdir.
“F-16-lar qısamüddətli müharibə məsələsi deyil. Söhbət Ukraynanın uzunmüddətli müdafiəsindən gedir”, – Sullivan deyib.
Onun sözlərinə görə, Bayden və Ukrayna prezidenti Vladimir Zelenski də məsələni müzakirə ediblər.