Ukrayna Ordusu Kiyev vilayətinin şimalını minalayırbackend

Ukrayna Ordusu Kiyev vilayətinin şimalını minalayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin mühəndis və istehkamçı hissələri yolları, meşə zolaqlarını, elektrik xətlərini və tankların hərəkət edə biləcəyi digər yerləri minalayır.

“Report” xəbər verir ki, bu barədə qərargah rəisi – Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının müavini Oleksandr Pavlyuk teleqramda yazıb.

Onun sözlərinə görə, rusiyalıların yenidən Kiyevə hücuma cəhd edəcəyi halda maneələr yaradılır.

Qeyd edək ki, fevralın 25-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinə hücumu aprelin 2-də işğalçı qüvvələrin ağır məğlubiyyəti və geri çəkilməsi ilə başa çatıb. Hazırda vilayət Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.