Ukraynada hərbi vəziyyət rejimi uzadılıbbackend

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejimini mayın 25-dək uzatmaq barədə qərar verib.

İnterpress.az “unian.net” saytına istinadən xəbər verir ki, hərbi vəziyyət müddətinin uzadılması barədə qanun layihəsini ölkə Prezidenti Vladimir Zelenski təqdim edib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti aprelin 25-dək qüvvədə idi.