Ukraynanın Mirage-2000 qırıcısı QƏZAYA UĞRADIbackend

Ukraynanın Mirage-2000 qırıcısı QƏZAYA UĞRADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Mirage-2000 qırıcısını itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, 22 iyul 2025-ci il axşam saatlarında Mirage 2000 qırıcısı qəzaya uğrayıb.

Qeyd olunur ki, uçuş missiyası zamanı təyyarənin avadanlıqlarında nasazlıq yaranıb. Pilot problem barədə uçuş direktoruna məlumat verib.

“”Mirage-2000 pilotu böhranlı vəziyyətdə bacarıqla hərəkət etdi; təyyarəni xilas etmək onsuz da mümkün deyildi. Lakin pilot təyyarəni təhlükəsiz yerə, məskunlaşan ərazidən uzaq bir yerə yönəltmək üçün hər şeyi edib.

Pilot uğurla katapult edib. Axtarış-xilasetmə qrupu pilotu tapıb, vəziyyəti stabildir. Yerdə itki yoxdur”, – məlumatda deyilir.

Hadisənin səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

Səmada təyyarələrdə böhran vəziyyətləri baş verir və bu xüsusi qəzanın səbəbləri müəyyən ediləcək.

Qeyd edək ki, bu, Ukraynada Fransanın “Mirage-2000” qırıcısının itməsi ilə bağlı ilk məlum hadisədir.

Xuraman Etibarlı

İnterpress.az