Ümumdünya Səhiyyə Təşkilatının büdcəsi artırılacaqbackend

Ümumdünya Səhiyyə Təşkilatının büdcəsi artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üzv ölkələr tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024-2025-ci illər üçün büdcəsinin 20 faiz artırılması öhdəliyi götürülüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İsveçrənin Cenevrə şəhərində keçirilən 76-cı Ümumdünya Səhiyyə Assambleyası (ÜST) çərçivəsində ÜST-nin büdcəsi müzakirə edilib.

Üzv dövlətlər ÜST-nin 2024-2025-ci illər üçün Proqram Büdcəsini qəbul edərək üzvlük haqqını 20 faiz artırmağı öhdələrinə götürüblər. Bu proqramın büdcəsi 6,83 milyard dollar müəyyən edilib.

ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus üzv dövlətlərə bu qərara güclü dəstəyə və ÜST-ə göstərilən etimada görə təşəkkür edib.

Üzvlük haqlarının 20 faiz artırılmasının ötən ilki DSA-da qəbul edilmiş öhdəlik olduğu xatırladılarkən, ÜST-nin davamlı maliyyəsi ilə bağlı hesabatlılıq, idarəetmə və maliyyələşdirmə ilə bağlı islahatları əhatə edən digər tövsiyələrin 76-cı DSA-da daha ətraflı müzakirə ediləcəyi qeyd edilib.

Mayın 21-də başlayan və “həyatları xilas etmək” və “hamı üçün sağlamlıq” mövzularına diqqət yetirəcək 76-cı DSA mayın 30-da başa çatacaq.