Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin intensiv bombardmanlarından qaçan fələstinlilər üçün Qəzza zolağının cənubunda düşərgə yaradıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
UNRWA Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsində İsrailin hücumlarından qaçanlar üçün təxminən 60 çadırdan ibarət düşərgə yaradıb.
Bölgədəki xüsusi bir mülkə qurulan çadırlar İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi intensiv hava hücumlarından sonra qurulan ilk düşərgə olub.
UNRWA Qəzzanın şimalından qaçmaq məcburiyyətində qalan ailələrin yerləşdirildiyi düşərgə ilə bağlı heç bir açıqlama verməyib.
İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzza zolağına davamlı hücumları səbəbindən yüz minlərlə fələstinli bölgənin şimalından cənubuna qaçmaq məcburiyyətində qalıb.