Uqanda prezidenti Museveni COVID-19-a yoluxub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Museveni xalqa müraciətində COVID-19-a yoluxduğunu bildirib: “Özümü soyuqlamış kimi hiss etdim. Dərhal COVID-19 testi verdim. İlk testim mənfi oldu, amma yenidən test etdim və bu dəfə müsbət idi”.
Onun həkimi Diana Atwine COVID-19-a yoluxmuş prezident Museveninin səhhətinin yaxşı olduğunu açıqlayıb.
Uqandada 2020-ci ilin yanvarından 2023-cü ilin mayına qədər COVID-19-dan 3632 ölüm qeydə alınıb.