Uqandada 13 polis müsəlmanlara işgəncə verdikləri üçün həbs edilibbackend

Uqandada 13 polis müsəlmanlara işgəncə verdikləri üçün həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandada 45 müsəlman gəncə işgəncə verdiyi aşkarlanan 13 polis məmuru işdən uzaqlaşdırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qərar Uqanda polisinin müsəlman lideri Şeyx Məhəmməd Yunus Kamoqanın idarə etdiyi paytaxta yaxın Kawempe rayonundakı reabilitasiya mərkəzində 45 müsəlman gənci vurub təpiklədiyi video görüntülərdən sonra verilib.

Uqanda Müsəlman Hüquqşünaslar Dərnəyi isə polisin müsəlmanlara qarşı hərəkətlərini pisləyib və Uqanda İnsan Haqları Komissiyasına müraciət edəcəklərini açıqlayıb.