Uqandada Ebola 39 nəfərin həyatına son qoyubbackend

Uqandada Ebola 39 nəfərin həyatına son qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandada Ebola virusundan ölənlərin sayı 39-a çatıb.

Bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“ÜST beş rayonda Ebola epidemiyasına cavab olaraq Uqanda hökumətinə dəstəyini davam etdirir. 39 ölüm də daxil olmaqla 54 təsdiqlənmiş və 20 ehtimal halı barədə məlumat var”, – deyə o, bəyan edib.

Qebreyesus hazırda 14 nəfərin sağaldığı barədə də məlumat verib.

ÜST rəhbərinin sözlərinə görə, ekspertlər 660-dan çox xəstənin sağlam insanlarla təmasını fəal şəkildə izləyirlər.

“Hazırda prioritet Ebola epidemiyasının tez bir zamanda nəzarət altına alınması və onun qonşu rayonlara, ölkələrə yayılmasının əngəllənməsi üçün Uqanda hökumətinə dəstək verməkdir”,-  Qebreyesus vurğulayıb.

Qeyd edək ki, ölkədəki hazırkı epidemiya Ebola virusunun nadir Sudan ştamından qaynaqlanır.

Mənbə: TASS