Ursula fon der Leyen: “HƏMAS terror fəaliyyəti ilə Fələstin xalqına ziyan vurur”backend

Ursula fon der Leyen: “HƏMAS terror fəaliyyəti ilə Fələstin xalqına ziyan vurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS Qəzzada humanitar böhrana səbəb olub və terror fəaliyyəti ilə Fələstin xalqına da ziyan vurur”.

İnterpress.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O bildirib ki, Komissiya üçün Qəzzadakı humanitar böhranla mübarizə səylərini intensivləşdirməyə davam etmək önəmlidir.

Ursula fon der Leyen yardımın Qəzzaya maneəsiz və sürətlə çatmasının vacib olduğunu vurğulayıb və əlavə edib ki, 56 ton həcmində olan ilk iki humanitar yardım artıq Qəzzaya çatdırılıb.

Qəzza əhalisinə daha çox yardım gözlərməyin vacib olduğunu söyləyən Komissiya sədri növbəti iki yardımın olacağını da diqqətə çatdırıb. O, həmin yardımın bu gün çatdırılmasının planlaşdırıldığını qeyd edib.

“Növbəti günlərdə üçün çox şey planlaşdırılır. Bundan əlavə, Qəzzaya əlavə 50 milyon avroluq humanitar yardımın göndərilməsi üzrə işlər sürətlə irəliləyir. Xatırlayarsınız ki, Qəzzaya planlaşdırılan humanitar yardım 25 milyon avro idi. Bir həftə əvvəl, biz onu üç dəfə artıraraq 75 milyon avroya çatdırdıq. İndi həmin əlavə 50 milyon avroluq yardım həyata keçirilməlidir. Biz BMT agentlikləri ilə 40 milyon avro dəyərində müqavilə imzalayacağıq. Qalan 10 milyon avro isə hava körpüsü uçuşları üçün istifadə olunacaq”,- Ursula fon der Leyen vurğulayıb.