Uruqvayda su böhranı: hökumət paytaxtda fövqəladə vəziyyət elan etdibackend

Uruqvayda su böhranı: hökumət paytaxtda fövqəladə vəziyyət elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uruqvayda quraqlıq səbəbiylə yaranan su qıtlığına qarşı hökumət paytaxt Montevideoda su fövqəladə vəziyyət elan edib və qablaşdırılmış suyun vergidən azad edilməsi və yeni su anbarının inşası kimi bir sıra tədbirlərin görüldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Uruqvayda su böhranı baş verib.

Uruqvay Prezidenti Luis Alberta Lacalle Pou dünən axşam bəzi hökumət rəsmiləri ilə birgə mətbuat konfransında paytaxt Montevideo bölgəsində su böhranına qarşı bəzi tədbirlər gördüklərini və su təchizatının təmin edildiyini ifadə edib.

Prezident Pou hökumətin Montevideo metropolitenində su ilə bağlı fövqəladə vəziyyət elan etdiyini və butulkalara qoyulmuş suya vergidən azad edilməsi, San Xose çayından su təchizatı üçün su anbarı və boru kəməri tikmək və pulsuz su paylamasını həyata keçirmək qərarına gəldiyini açıqlayıb.

Prezident Pou xəstəxanalarda, qocalar evlərində, uşaq və ailə qayğı mərkəzlərində su təchizatının təmin edildiyinə də diqqət çəkib.

Ehtiyacı olanlara gündə 2 litr pulsuz su veriləcək.

San Xose çayı üzərində yerləşəcək su anbarı və boru xəttinin tikintisinə bu gün başlanacağı və 30 günə tamamlanacağı, paytaxt ətrafında artan su tələbatının qarşılanmasının hədəfləndiyi bildirilir.

Həmçinin bildirilib ki, tədbirlər çərçivəsində hökumətin sosial yardım proqramından yararlanan ehtiyacı olan 21 min nəfərə gündə 2 litr su pulsuz veriləcək.

Şişelenmiş suyun vergidən azad edilməsi ilə qiymətlərin nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi gözlənilir.

Bildirilib ki, Uruqvaydakı quraqlıq səbəbindən çənlərdəki su azalıb, magistral suda duz və xlor səviyyəsinin artmasına səbəb olub.

Rəsmilərin hesablamalarına görə, əhəmiyyətli yağıntılar olmasa, paytaxt Montevideoda və paytaxt ərazisində su ayın sonu və ya iyulun əvvəlində tükənəcək.