Uşaqlarla bağlı ard-arda DƏHŞƏTLİ XƏBƏRLƏR: İki bacı itkin düşdü, 12 yaşlı qız ÖLDÜRÜLDÜbackend

Uşaqlarla bağlı ard-arda DƏHŞƏTLİ XƏBƏRLƏR: İki bacı itkin düşdü, 12 yaşlı qız ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada uşaqlarla bağlı ard-arda dəhşətli hadisələr baş verib: iki bacı itkin düşüb, 12 yaşlı qız qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Rusiyada uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğuran iki ağır hadisə qeydə alınıb.

Kareliya Respublikasının paytaxtı Petrozavodsk şəhərində 7 və 12 yaşlı iki bacı – Valeriya və Kseniya iyunun 15-də axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Yerli daxili işlər idarəsinin məlumatına görə, azyaşlı bacıları sonuncu dəfə Klyuçevaya mikrorayonundakı karxanada digər yeniyetmələrin əhatəsində görüblər.

Hazırda asayiş keşikçiləri və “LizaAlert” axtarış-xilasetmə könüllüləri tərəfindən uşaqların tapılması istiqamətində genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.

Digər faciəvi hadisə isə Rusiyanın Primorye diyarının Naxodka şəhərinin Vrangel qəsəbəsində baş verib. Burada 12 yaşlı məktəbli qız zorakılıq əlamətləri ilə qətlə yetirilmiş halda tapılıb. Qətl şübhəlisi qismində isə onun həmyaşıdı və sinif yoldaşı olan 12 yaşlı oğlan saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaqlar əvvəldən bir-birlərini tanıyıblar və aralarında yaranmış münaqişə zəminində qətl törədilib.

Naxodkadakı qətl hadisəsi ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “azyaşlının qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb.

Məktəbli qızın boğularaq öldürüldükdən sonra cəsədinin çoxmərtəbəsharedə binanın çardağına atıldığı müəyyən edilib.

Cəsədin tapılmasına onun yanında qalan mobil telefonun davamlı zəng çalması və qonşuların bu səsə çardağa gəlməsi kömək edib.

Hazırda saxlanılan 12 yaşlı şübhəli yeniyetmənin anlaqlı olub-olmamasını müəyyən etmək üçün onun tibb müəssisəsinə yerləşdirilməsi və məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi məsələsinə baxılır.

Həmçinin hadisə ilə bağlı profilaktik nəzarət orqanlarının vəzifəli şəxslərinə qarşı səhlənkarlıq maddəsi ilə də cinayət işi başladılıb.

Xuraman Etibarlı

İnterpress.az