ÜST-dən bəd xəbər: ““Omikron”u dayandıra bilməyəcəyik”backend

ÜST-dən bəd xəbər: ““Omikron”u dayandıra bilməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusun yeni ştamının – “omikron”un dünyada yayılmasını dayandıra bilməyəcəyik”.

bu barədə Ümumdünya səhiyyə təşkilatının (ÜST) təmsilçiləri veriblər.

ÜST-ün ekspertləri məhdudiyyətlərin tətbiqindən əvvəl hökumətləri riskləri qiymətləndirməyə çağırıblar. Onlar qeyd ediblər ki, məhdudiyyət tədbirləri xaricdən gələn sərnişinlərin səyahətdən əvvəl və ya ölkəyə girişi zamanı müayinəsi, onların karantini və ya COVİD-19 testlərinin istifadəsi vasitəsi ilə aparıla bilər.

ÜST yaşlı və ciddi xəstəliklərin inkişafı riskinə meylli olan insanlara xaricə səfərlərini təxirə salmağı məsləhət görüb. ÜST-ün rəhbəri Tedros Adhan Qebreysus isə “omikron” ştammının aşkarlandığı ölkələri “cəzalandırmamağa” çağırıb. Onun sözlərinə görə, virusla sərt mübarizə tədbirləri əvəzinə, qeyri-bərabərliyi dərinləşdirməmək üçün rasional və mütənasib qaydada hərəkət etmək lazımdır. Koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq üçün isə beynəlxalq sanitariya qaydalarına əməl etmək zəruridir. ÜST-ün rəhbəri “omikron” ştammının tapılması ilə bağlı vaxtında xəbər verən Botsvana və Cənubi Afrika ölkələrinə minnətdarlığını bildirib.  /medicina.az/