“Növbəti pandemiya hər an başlaya bilər”.
İnterpress.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Gebreyesus təşkilatın Cənub-Şərqi Asiya Regional Komitəsinin 77-ci sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər: “2019-cu ildə də belə olmuşdu”.
Baş katibin sözlərinə görə, qlobal sağlamlıq naminə təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ideal vaxtdır: “Bu, bizə mövcud çətinliklərin öhtəsindən gəlməyə kömək edəcək. İndi vaxt itirmək olmaz”.