ÜST-ün Qəzzadakı əməkdaşları ilə əlaqəsi kəsilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı belə bir bəyanatla çıxış edib: “Qəzzadakı personalımız, səhiyyə müəssisələrimiz və tərəfdaşlarımızla əlaqəmizi itirmişik. Mülki əhalinin təcili müdafiəsini və humanitar yardımın göstərilməsini tələb edirik. İsrail bütün Qəzza zolağında intensiv və görünməmiş hücumlar həyata keçirir”.
İsrail ordusunun sözçüsü quru qüvvələrinin bu gecə Qəzza zolağında əməliyyatlarını genişləndirdiyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Qebreyesus deyib ki, Qəzzadakı personal, səhiyyə müəssisələri, səhiyyə işçiləri və bu sahədəki digər humanitar tərəfdaşlarla əlaqə itib.