“Üzük kimi dörd tərəfdən azərbaycanlıların mühasirəsindəyik…”backend

“Üzük kimi dörd tərəfdən azərbaycanlıların mühasirəsindəyik…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gorusdan bir qədər aralıda, Ermənistanın Azərbaycanın Laçın rayonu ilə sərhəd Xnatsax kəndinin ətrafında mövqe tutan erməni hərbçiləri deyirlər ki, azərbaycanlı hərbçilər onları dörd tərəfdən üzük kimi əhatəyə alıb. Və istədikləri vaxt onların postunu tuta bilərlər.

Bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti yazır. Bildirilir ki, Xnatsax kəndinin ətrafında kiçik erməni blok-postu qalır, onu erməni hərbçiləri qoruyur. Hərbçilərə kənd sakinləri, könüllülər, müharibə veteranları kömək edir. “Onlar həmin postun kənd üçün həyati əhəmiyyətini dərk edirlər. Bu mövqe Azərbaycan qoşunları tərəfindən mühasirəyə alınıb. Əgər rəqəmləri açıqlamasaq o zaman qüvvələr nisbəti belədir-düşmən bizim qüvvələr üzərində ikiqat üstünlüyə malikdir”,-nəşr bildirir.

“Faktiki olaraq bu bizim sərhədimizdir, biz onu qoruyuruq, amma onlar istədikləri vaxt postu tuta bilərlər. Biz sadəcə olaraq üzük kimi əhatəyə alınmışıq. Dörd tərəfdən, 100 metr məsafədə azərbaycanlılar dayanıb, onların bayraqları dalğalanır”,-postda dayanan erməni hərbçilərindən biri deyib.

Hərbçi deyib ki, qorxularından hərbi formanı bir dəqiqə də əyinlərindən çıxarmırlar, çünki mühasirədədirlər və əgər formanı çıxarsalar onları əsir götürə bilərlər.

 

İnterpress.az