Vatikanda Zelenski Trampa yalvarıb – “The Economist”backend

Vatikanda Zelenski Trampa yalvarıb – “The Economist”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikanda Zelenski Trampa yalvarıb ki, Ukraynadakı vəziyyətin nizamlanması prosesindən əl çəkməsin.

İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski Vatikanda Amerika lideri Donald Trampdan Ukraynadakı münaqişənin həlli prosesini tərk etməməyi xahiş edib.

Ukrayna mənbələri nəşrə bildiriblər ki, Zelenski 15 dəqiqədən istifadə edərək Trampa Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğunu, lakin Rusiyanın buna hazır olmadığını bildirib.

O, həmçinin bildirib ki, Tramp münaqişənin həlli prosesindən imtina etməməlidir, çünki yalnız o, sülhü təmin edə bilər.

Xuraman Etibarlı

İnterpress.az