Britaniyada bitki mənşəli məhsullar üçün “burger” termini qadağan oluna bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Böyük Britaniya və Avropa İttifaqı arasında yeni imzalanan sanitar razılaşmasına əsasən, Britaniya bitki mənşəli məhsullara “burger” kimi ətə aid terminlərin istifadəsini qadağan edə biləcək.
Qanun layihəsini dəstəkləyənlər iddia edir ki, belə terminlər istehlakçılarda çaşqınlıq yarada bilər və ənənəvi ət istehsalçılarını qorumaq üçün zəruridir.
Xuraman Etibarlı
İnterpress.az






