Velosiped yarışında İNSİDENT: Skuter sürən yaşlı qadın qəzaya SƏBƏB OLDU – VİDEObackend

Velosiped yarışında İNSİDENT: Skuter sürən yaşlı qadın qəzaya SƏBƏB OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada velosiped yarışında skuter sürən təqaüdçü qadın qəzaya səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

Almaniyada keçirilən velosiped yarışı zamanı skuter idarə edən yaşlı qadının hərəkəti kütləvi qəzaya yol açıb.

Təqaüdçü qadın naməlum səbəbdən skuterlə birbaşa velosipedçilərin hərəkət etdiyi yarış trasına çıxaraq idmançıların axınına düşüb.

Velosipedçilərdən biri son anda manevr edərək yaşlı qadından yayına bilsə də, onun ardınca gələn digər idmançı təqaüdçüyə çırpılıb.

Güclü toqquşma nəticəsində velosipedçi havada salto vuraraq bir neçə metr kənara uçub.

Hadisə yerinə dərhal həkimlər və təşkilatçılar cəlb olunub. Sevindirici haldır ki, baş vermiş bu qorxulu qəzada ciddi xəsarət alan olmayıb və hər kəs yüngül sıyrıqlarla xilas ola bilib.

Almaniya polisi təhlükəsizlik qaydalarının pozulması ilə bağlı araşdırmalara başlayıb. Yaşlı qadının hansı məqsədlə qapalı tras sahəsinə daxil olduğu araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az