Venesuela hava məkanına daxil olan təyyarəni vurubbackend

Venesuela hava məkanına daxil olan təyyarəni vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela ordusu Meksikadan hava məkanına daxil olan təyyarəni düşmən damğası vurduqdan sonra vurub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meksikanın cənubundakı Kozumel şəhərindən Hollandiyanın ada ölkəsi Kurasaoya getmək üçün Venesuela sahillərində havaya qalxan təyyarə Venesuela Bolivar Milli Silahlı Qüvvələri tərəfindən “düşmən” kimi qeyd edildikdən sonra havada vurulub.

FANB Komandiri General Domingo Larez Hernandez, təyyarənin Venesuela hava məkanına girdikdən sonra radarda itdiyini, aşkarlanmamaq üçün yer ötürücüsünü və radiosunu söndürdüyünü, qaçaqmalçıların eniş etdiyi Kolumbiya sərhədindəki düzənliyə doğru hərəkət etdikdən sonra vurulduğunu bildirib.

General Hernandez təyyarənin narkotik və silah qaçaqmalçılarına aid olduğuna dair dəlillər tapdıqlarını, vurulan təyyarədə neçə nəfərin olduğu, ölən və yaralananların sayı ilə bağlı məlumat paylaşmadıqlarını da bildirib.

Venesuela bu il 34 təyyarəni vurub.