Venesuelada zəlzələ faciəsi: Ölənlərin sayı 4800-ü KEÇDİbackend

Venesuelada zəlzələ faciəsi: Ölənlərin sayı 4800-ü KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 4 829 nəfərə çatıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı kəskin artaraq 4829 nəfərə çatıb. Bu barədə məlumatı ölkənin Milli Assambleyasının sədri Rodriqes rəsmi olaraq açıqlayıb.

Təbii fəlakət bölgəsində xilasetmə və dağıntılar altından insanların çıxarılması əməliyyatları hələ də davam etdirilir.

Rəsmi qurumlar ölənlərin və xəsarət alanların sayının daha da artacağını istisna etmirlər.

Hazırda fəlakətin törətdiyi dağıntıların miqyasının və dəyən ümumi ziyanın qiymətləndirilməsi istiqamətində işlər aparılır.

Xuraman Etibarlı

İnterpress.аz