Vətən müharibəsilə bağlı kitablar nəşr ediləcəkbackend

Vətən müharibəsilə bağlı kitablar nəşr ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində əldə edilən zəfərə həsr edilmiş bir neçə kitabın bu il nəşr edilməsi nəzərdə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kitabların nəşri nazirliyinin sifarişi ilə dərc ediləcək:

“Məsələ öz təsdiqini tapdıqdan sonra bununla bağlı ictimaiyyətə məlumat verilə bilər”.

Nazirlikdən həmçinin qeyd edilib ki, ötən il keçirilən “Qısa Tamaşalar Festivalı”ın mövzusu da Qarabağ müharibəsində əldə edilən Zəfər ilə bağlı olub: “Festivala 22 tamaşa ilə müraciət olunmuşdu. Müraciətlərin hamısı müharibə mövzusuna aid idi”.