VIII Qlobal Bakı Forumunun keçirilməsi qürurverici reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edirbackend

VIII Qlobal Bakı Forumunun keçirilməsi qürurverici reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti, VIII Qlobal Bakı Forumu öz işinə başladı.

Ölkəmizin gündəmi bu dönəm o qədər zəngindir ki, mahiyyətinə varıb qürurlanmamaq mümkün deyil. Həm dünya inciləri xəzinəsinin dəyərli siması, dahi şəxsiyyət, mütəfəkkir, görkəmli şair Şeyx Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi, həm də bir xalqın taleyini həll edən vəömür kitabına yazılacaq olduqca mühüm hadisə– qəhrəmanlıq salnaməsi olan II Vətən Müharibəsinin il dönümüdür. Əlbəttə bu dönəmdə VIII Qlobal Bakı Forumunun keçirilməsi qürurverici reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Cənab prezident İlham Əliyev forumun açılış nitqində vacib bir neçə məsələni vurğulamaqla region üçün önəmli mahiyyət daşıyan Azərbaycanın gücünü bir daha göstərmiş oldu. Vətən müharibəsində Azərbaycanın cəmi  44 günəöz ərazi bütövlüyünü bərpa etməsi, bu prosesdəbeynəlxalq təşkilatların mövqeysizliyi vəmünaqişənin həllində səmərəsiz fəaliyyəti, xüsusilədə ATƏT-in Mins qrupunun tərəfli mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bununla hər şeyi görüb, anladığımızı ifadə etmiş olduq. Beynəlxalq təşkilatların, media qurumlarının Vətən müharibəsindən öncə, danışıqlar mərhələsində və müharibə dövründəki mövqeyləri bəzi dırnaqarası ədalət, bərabərhüquq, sülh, söz azadlığıaxtaranların əsl mahiyyətini bir daha açıqlayırdı. Ali Baş Komandan həmçinin Ermənistanın müharibədən öncə, müharibə dövründə və post müharibə mərhələsində səriştəsiz idarəetməsi, uğursuz aparılan daxili və xarici siyasəti, reallıqlara qlobal və starteji tərəfdən baxa bilməməsini də yaxın keçmişdə yaşanmış faktlarla əsaslandırdı.

Cənab Prezidentin toxunduğu digər vacib məqam isə Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı idi. Burada bir daha diqqətə çatıdırıldı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır. Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir.  Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazınınartıq Avropa bazarında olduğunu vurğulayan prezident ölkəmizin gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacağını da bildirdi.

Olduqca əhəmiyyətli mesajları özündə əks etdirən çıxışda ölkəmizin regionda möhkəmlənən mövqeyi, artan gücü və strateji əhəmiyyətinin bir daha fərqinə varmış olduq.

Nigar Ələsgərova

«Odlar Yurdu»Gənclər İctimai Birliyinin sədri