Vyaçeslav Qladkov Rusiyanın Abxaziyadakı yeni SƏFİRİ OLACAQbackend

Vyaçeslav Qladkov Rusiyanın Abxaziyadakı yeni SƏFİRİ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqorod vilayətinin sabiq qubernatoru Vyaçeslav Qladkov Rusiyanın Abxaziyadakı səfiri təyin edilir.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Federasiyasının Belqorod vilayətinin keçmiş qubernatoru Vyaçeslav Qladkov Rusiyanın Abxaziyadakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunacaq. Bu barədə müvafiq qərar Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin keçirilən iclasında qəbul edilib.

Komitə üzvləri Qladkovun namizədliyini rəsmən dəstəkləyiblər.

Vyaçeslav Qladkov cari ilin mayın 13-də – Belqorod vilayətinə 5,5 il rəhbərlik etdikdən sonra qubernator vəzifəsindən istefa verib.

Onu bu vəzifədə Aleksandr Şuvayev əvəz edib. Qladkovun rəhbərliyi dövründə Belqorod vilayəti Ukrayna ilə sərhədyanı bölgə olaraq intensiv artilleriya atəşinə və hərbi gərginliyə məruz qalıb.

Yeni diplomatik təyinatın yaxın günlərdə Rusiya Prezidentinin imzalayacağı rəsmi fərmanla qüvvəyə minəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az