Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası davam edir.
İnterpress.az xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiya qarlı və soyuq hava şəraitinə baxmayaraq hazırda davam etdirilir.
Etirazçılar artıq doqquz gündür ki, Ermənistanın ekoloji terroruna, mina terroruna və bu ölkənin müharibə cinayətlərinə qarşı şüarlar səsləndirirlər.
Aksiya iştirakçıları sülhməramlıların komandanının gəlişini tələb ediblər.
Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər və onlar sülhməramlıların komandanının gəlişini tələb edirlər.