Xaricdə yaşayan Türkiyə vətəndaşlarından rekord fəallıq: 1 milyon 488 min səs verilibbackend

Xaricdə yaşayan Türkiyə vətəndaşlarından rekord fəallıq: 1 milyon 488 min səs verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədəki Prezident və parlament seçkilərinə xaricdəki nümayəndəlik və konsulluqlarda səs verən seçicilərin sayı 1 milyon 488 min 842 nəfər olub.

İnterpress.az xəbər verir ki, Türkiyənin sərhədlərindən kənarda yaşayan qardaş ölkənim vətəndaşları seçkilərdə yüksək fəallıq nümayiş etdirirlər.

Xarici nümayəndəliklərdə səslərin sayı 2018-ci il seçkilərindəki səslərin sayını üstələyib.

Beləliklə, mayın 14-də keçirilən seçkilərdə xarici nümayəndəliklərdə verilən səslərin sayı 2018-ci il seçkilərindəki səslərin sayını ötüb.

Xarici seçici siyahılarında qeydə alınanlardan 1 milyon 358 min 584 nəfər 2018-ci il seçkiləri üçün sandığa gedib.

Səsvermə xaricdəki nümayəndəliklərdə mayın 9-dək, gömrükdə isə mayın 14-ü saat 17.00-dək davam edəcək.