Xərçəngə qalib gələn qadın sevgilisi tərəfindən vəhşicəsinə ÖLDÜRÜLDÜ – FOTObackend

Xərçəngə qalib gələn qadın sevgilisi tərəfindən vəhşicəsinə ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dördüncü dərəcəli xərçəngə qalib gələn qadın sevgilisi tərəfindən vəhşicəsinə qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

ABŞ-də dördüncü dərəcəli döş xərçənginə qalib gələrək sağ qalan 37 yaşlı Vanessa adlı qadın sevgilisinin amansız hücumunun qurbanı olub.

Onkoloji xəstəliyi tamamilə məğlub etdikdən sonra həyatını yeni bir səhifədən başlamaq qərarına gələn Vanessanın münasibətləri olduqca gərgin keçib.

Sevgilisi onu mütəmadi olaraq qısqanıb və ona qarşı aqressiv davranışlar nümayiş etdirib.

Günlərin bir günü qadının ona sadiq olmadığını düşünən qəzəbli tərəfdaşı mübahisə zamanı kəməri götürərək Vanessanı döyərək öldürüb.

Cinayətin izini itirmək məqsədilə qatil qadının cəsədini hissələrə bölərək çamadanda gizlədib.

Hadisənin üstü açıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində cani dərhal saxlanılıb.

Hazırda faktla bağlı qəsdən adam öldürmə və cəsədi təhqir etmə maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Baş vermiş bu qorxunc cinayət Amerika cəmiyyətində böyük rezonans və hiddət doğurub.

Xuraman Etibarlı

İnterpress.az