Xəstə at ətinin emalı və satışını həyata keçirən şəxslər saxlanılıbbackend

Xəstə at ətinin emalı və satışını həyata keçirən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda zəstə və istifadəyə yararsız at ətinin emalı və satışını həyata keçirən 3 nəfər məsuliyyətə cəlb edilib.

İnterpress.az xəbər verir ki, sözügedən şəxslər istifadəçiləri aldadaraq insan həyatı üçün təhlükəli olan külli miqdarda xəstə at ətinin emalını və satışını həyata keçiriblər.

Bildirilir ki, E.C adlı şəxs fiziki şəxslərdən qanunla qadağan edilmiş qaydada istifadəyə yararsız at əti alaraq D.C adlı şəxsə satıb. Sözügedən şəxs əti hazırlanmış (çəkilmiş) qaydada D.M adlı şəxsə təhvil verirmiş.

Adıçəkilən sonuncu şəxs isə at ətini Tbilisidə yerləşən müxtəlif obyektlərə mal əti adı ilə satışını həyata keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində ticarət obyektlərindən və təqsirləndirilən şəxslərin faktiki fəaliyyət göstərdikləri yerlərdən satış üçün nəzərdə tutulmuş külli miqdarda at əti müsadirə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 198-ci və 219-cu maddələrinin müvafiq bəndləri əsasında istintaq başladılıb. Təqsirləndirilən şəxsləri üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.