Xəzərdə fırtına olacaq: SOCAR hərəkətə keçdibackend

Xəzərdə fırtına olacaq: SOCAR hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

SOCAR hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirlərini gücləndirir.

Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata əsasən, 11-13 mart tarixlərində hava şəraitinin dəyişəcəyinə, açıq dənizdə küləyin sürətinin arabir tufan həddinə çatacağına dair proqnozla əlaqədar şirkətin dəniz mədənlərində yüksək dərəcəli təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bildirilib ki, son dövrdə dəniz özül və konstruksiyalarının gücləndirilməsi nəticəsində infrastrukturun sabitliyi və dalğalara qarşı davamlılığı daha da artırılıb.

Əvvəlcədən görülmüş tədbirlərlə yanaşı, işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün bir sıra obyektlərdən əməkdaşların təxliyyəsi həyata keçirilir.

Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib. Mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

 

 

İnterpress.az