Xorvatiyanın baş naziri Andrey Plenkoviç Xorvatiyanın tranzit ölkə olduğunu və Ukraynadan taxıl idxal etməyəcəklərini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Plenkoviç ölkə mətbuatına verdiyi açıqlamada ölkəsinin Ukraynadan taxıl idxal etməməsi ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenskiyə və ukraynalı nazirlərə məlumat verildiyini bildirib.
Avropa Birliyinin (AB) üzvü olan Xorvatiyanın Ukrayna taxılının yalnız tranzit ölkəsi olduğuna diqqət çəkən Plenkoviç, daha ucuz Ukrayna taxılını idxal etməyəcəklərini açıqlayıb. Plenkoviç deyib: “Xorvatiyanın münasibəti və istəyi keçid ölkəsi olmaqdır, Ukraynadan bizdən daha ucuz taxıl idxal ediləcəyi və fermerlərimizin problem yaşayacağı ölkə deyil”.