Yaponiya: BMT TŞ-nin daimi üzvü olmağa hazırıq – Videobackend

Yaponiya: BMT TŞ-nin daimi üzvü olmağa hazırıq – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruri olduğunu və onun daimi üzvü olmağa hazır olduğunu bildirib.   Bunu Yaponiya Xarici İşlər naziri Toşimitsu Moteqi bu gün Yaponiya Xarici İşlər Nazirliyinin “Yutub” kanalında yayımlanan BMT-nin 75 illiyi münasibətilə mesaj verərkən söyləyib.   Hazırda BMT Təhlükəsizlik Şurası 5-i daimi, 10-u isə iki il müddətinə seçilən daimi olmayan üzvlərlə birlikdə 15 ölkədən ibarətdir. Daimi üzvlər Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransadır.

 

İnterpress.az