Yaponiya Çinin təyyarədaşıyan gəmisində 130 uçuş və eniş fəaliyyətini müşahidə edibbackend

Yaponiya Çinin təyyarədaşıyan gəmisində 130 uçuş və eniş fəaliyyətini müşahidə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Okinavanın cənub-qərbində üzən Çinin “Liaoning” təyyarədaşıyan gəmisində 130-a yaxın uçuş və eniş aşkar edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya Müdafiə Nazirliyi Okinava adasının cənubunda üzən Liaoning təyyarədaşıyan gəmisində 60 döyüş təyyarəsi və 70 helikopterin eniş və qalxma fəaliyyətini müşahidə edib.

Nazirlik, Çin hava ünsürlərinin fəaliyyətinə cavab olaraq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) aid təyyarələrin bölgədə havaya qalxdığını açıqlayıb.

Bildirilib ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə (MSDF) məxsus “Kirisame” esminesi də bölgədə müşahidə fəaliyyətini artırıb.

Keçən həftə Okinava və Miyako adaları arasında Sakit Okeana açıldığı bilinən Liaoninqi raket esminesləri müşayiət edir.