Yaponiya Kaxovka SES faciəsinə görə Ukraynaya 5 milyon dollar yardım ayırıbbackend

Yaponiya Kaxovka SES faciəsinə görə Ukraynaya 5 milyon dollar yardım ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Kaxovka SES faciəsinə görə Ukraynaya 5 milyon dollar yardım ayırıb.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Matsuno jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyunun 9-da Yaponiyanın Baş naziri Fumio Kisimada ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub: “Telefon danışığı zamanı Yaponiya hökumətinin başçısı Ukraynaya Kaxovka SES-in bəndinin partlaması nəticəsində ziyan çəkənlərə 5 milyon dollar məbləğində yardımın ayrıldığını deyib. Baş nazir yaxın zamanda beynəlxalq təşkilatlar vasitəsilə 5 milyon dollar humanitar yardımın göndəriləcəyini bildirib”.