Yaponiya Şimali Koreyanın ballistik raket buraxmasına etiraz edibbackend

Yaponiya Şimali Koreyanın ballistik raket buraxmasına etiraz edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Şimali Koreyanın bu səhər iki ballistik raket atmasından sonra Pxenyan rəhbərliyinə etiraz notası verildiyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya Müdafiə naziri Hamada Yasukazu açıqlamasında bu səhər Şimali Koreyanın atdığı ballistik raketlərin hər birinin havada maksimum 600 kilometr məsafə qət etdiyini və 50 kilometr yüksəkliyə çata biləcəyini açıqlayıb.

Raketlərin Koreya yarımadasının şərqindəki Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü qeyd edən Həmadadeyib ki, raketlər nizamsız bir trayektoriya ilə uçmuş ola bilər.

Şimali Koreyaya diplomatik yollarla etiraz notası verildiyini qeyd edən Həməda, raketlərin düşdüyü bölgədə hərəkət edən hava və dəniz elementlərində hər hansı zərərin aşkar edilmədiyini bildirib.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu açıqlamasında bildirib ki, raket sınaqları Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozur və region xalqlarının təhlükəsizliyini təhdid edir.

Yaponiya Dövlət Televiziyası NHK bildirib ki, Şimali Koreya bu il ballistik raket texnologiyasından istifadə edərək 13-cü raket sınağını həyata keçirib.

Cənubi Koreya Baş Qərargahı verdiyi açıqlamada raketlərin yerli vaxtla saat 03:30 və 03:46-da paytaxt Pxenyanın Sunan bölgəsindən buraxıldığını təsdiqləyib.

Raket sınaqlarının ABŞ-ın nüvə enerjili sualtı qayığının 42 il sonra Cənubi Koreya limanına lövbər salmasından sonra həyata keçirilməsi diqqət çəkib.

Cənubi Koreya Müdafiə Nazirliyi dünən 170 metr uzunluğunda və təxminən 19 min ton ağırlığında olan USS Kentucky nüvə sualtı gəmisinin Busan limanına gəldiyini açıqlayıb.