Yaponiyada hərbçi namizədin Quru Özünümüdafiə Qüvvələrinin (QSDF) poliqonunda təlim tüfəngindən atəş açması nəticəsində 2 zabit həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu açıqlamasında bildirib ki, hərbçi namizədin tüfəngi Gifu əyalətində GSDF-nin Hino poliqonuna atəş açıb.
Canlı güllələrdən istifadə edilən təlim zamanı 2 zabit həyatını itirib, bir zabit isə yaralanıb. 18 yaşlı hərbçi namizəd adam öldürməyə cəhddə şübhəli bilinərək həbs edilib.
Rəsmi Kyodo agentliyi bildirib ki, atış poliqonu Gifu Qatar Stansiyasından 5 kilometr şimal-şərqdə yerləşir və insident nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb.
Gifu təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamaya görə, hərbi namizəd silahlı hücumu etiraf edib.