Yaponiyada səmada sirli meteor kimi işıqlar görünübbackend

Yaponiyada səmada sirli meteor kimi işıqlar görünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Okinava prefekturasında səmada sirli meteor kimi işıqlar görünüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiyanın Okinava əyalətində dünən yerli vaxtla saat 20.30 radələrində müşahidə edilən əsrarəngiz meteor kimi işıqlar sosial mediada gündəm olub.

Göydə atəş topu şəklində görünən işıqların Şimali Koreyaya və ya başqa bir ölkəyə aid peyk və ya meteorit ola biləcəyi şərh edilib.

Bəzi Okinava sakinləri ştatda çoxlu ABŞ bazaları olduğundan işıqların döyüş təyyarələrinə aid ola biləcəyini şərh ediblər.

Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.