Yaponiyada Yubari yemişi 25 min dollara satılıbbackend

Yaponiyada Yubari yemişi 25 min dollara satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın şimalındakı Hokkaydoda yetişdirilən Yubari qovunları mövsümün ilk məhsulunda 3,5 milyon yen (25 min dollar) alıcı tapıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bölgədə yetişdirilən 260-dan çox bostan məhsulunun satışa çıxarıldığı açılış hərracında yerli firma qovunu 3,5 milyon yen qarşılığında alıb.

Bostanların iyunun ilk həftəsində bazara çıxarılacağı açıqlanıb.

Rayondakı kənd təsərrüfatı kooperativlərindəki fermerlər bu il daxili bostan satışından 1,93 milyard yen (13,6 milyon dollar) qazanmağı hədəfləyirlər.

Yubari qovunlarının mövsüm açılışında rekord qiyməti 2019-cu ildə 5 milyon yen səviyyəsində əldə edilib.