“Yararsız, məsuliyyətsiz məmurlar… Daha neçə canlar qurban gedəcək?”backend

“Yararsız, məsuliyyətsiz məmurlar… Daha neçə canlar qurban gedəcək?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Bu cür yol nəqliyyat hadisələri şəhərdə çoxalıb buna bir çox səbəb var. Sözügedən küçədə və şəhərin bir çox küçələrində təhlükəsizlik tədbirləri yerinə yetirilməyib”.

Bu sözləri İnterpress.az-a Marneuli Bələdiyyə Məclisində müxalif “Vahid Milli Hərəkat” fraksiyasının üzvü soydaşımız Nərgiz Əliyeva deyib.

Onun dediyinə görə, yol qəzalarının şəhərdə çoxalmasının səbəbi təhlükəsiz yol qaydaları tədbirlərinin görülməməsidir.

O, eləcə də 23 noyabr Marneulidə 17 yaşlı qızın ölümü ilə nəticələnən yol qəzasında hökuməti günahlandırıb.

“Bizim məsul şəxslərin və aidiyyəti qurumların görünür ki, görmə qabiliyyəti hər hansı faciə baş verəndə nisbətən bərpa edilir oda nəticəsiz. Hadisə baş vermiş küçədə heç bir təhlükəsizlik tədbirləri görülməyib, bu istər sürət həddi, döngədə tramplin, piyada keçidi və yaxud hər hansı yol nişanı olsun. Eyni problem Marneulinin mərkəzi və daxili küçələrində də var. Hər zaman olduğu kar və kor məmurların şəristəsizliyi, məsuliyyətsizliyi və yarıtmaz fəaliyyəti nəticəsində sakinlərimiz risklərlə üzləşir və bu cür fəlakətlər baş verir.

Bu gün, dünən, sabah yararsız məmurların məsuliyyətsizliyi, diqqətsizliyi, şəristəsizliyinə daha neçə canlar qurban gedəcək? Sİz nə zaman vəzifənizin məsuliyyətini hiss edəcəksiniz? Siz nə zaman bu yekəxanalıqdan uzaqlaşıb o isti otaqlarınızdan çıxıb bir xalqın dərdinə şərik olacaqsınız? Nə zaman balacasından tutmuş böyük vəzifəlisinə kimi savadsız, işini bilməyən olacaqsa belə olacaq. Vəzifələrə təyin edilərkən , ən yaxşı yaltaq, “apar-gətir”, “like”, paylaşım, əl çalmaq, ürəklər yağdırmaq, xalqın qarşısına çıxıb yekəxanalıq etmək, hədə qorxu gəlmək və s kimi meyyarlarla işə alınan bu məmurcuklar sayəsində bizim rayon bu cür olacaq” – deyə qeyd edən Nərgiz Əliyeva 17 yaşlı qızın qəza nəticəsində dünyasını dəyişməsinə baş sağlığı ilə sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, 23 noyabr təxminən saat 13:20 radələrində Marneulinin Merab Kostava küçəsində avtomobil 2005 təvəllüdlü yol keçməyə çalışan piyada qızı vurub. 17 yaşlı qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.