Sakit okeanın cənub-qərbində Papua-Yeni Qvineyada 6,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Geoloji Xidməti (USGS) Papua Yeni Qvineyanın Kimbe bölgəsində zəlzələnin 598 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Yerli mənbələrin məlumatına görə, zəlzələ nəticəsində tələfat hələlik qeydə alınmayıb, lakin afterşoklar bir neçə gün davam edə bilər.
Zəlzələ ilə bağlı bölgədə sunami xəbərdarlığı edilməyib.