Yevlaxın sabiq icra başçısı 7 il 3 ay müddətinə həbs olunubbackend

Yevlaxın sabiq icra başçısı 7 il 3 ay müddətinə həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib.
sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q.Səmədovun bu iltizamını ləğv edib. Onun barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib. Q. Səmədov yenidən həbsxanaya qaytarılıb.
Qeyd edək ki, Qoca Səmədovun bir müddət əvvəl səhhətində yaranan problemlə bağlı məhkəmənin qərarı ilə başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək azadlığa buraxılmışdı. O, 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdirilib, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.