Yolu azan tanınmış musiqiçi evinin 32 km-liyində aclıqdan və susuzluqdan ölüb – FOTObackend

Yolu azan tanınmış musiqiçi evinin 32 km-liyində aclıqdan və susuzluqdan ölüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da tanınmış ifaçı, 88 yaşlı Larri Petri və həyat yoldaşı 60 yaşlı Betti Moxave səhrasında faciəvi şəkildə ölüblər.

Məlumata görə, onlar səhrada benzini bitən avtomobillərində tapılıblar. Kişinin meyiti sürücü oturacağında, qadın isə çöldə, avtomobilin arxa təkərinə söykənərək oturduğu vəziyyətdə aşkarlanıb. Onların nə yeməyi, nə də suyu olub.

Ən acınacaqlısı isə avtomobilin onların Beyksfild şəhərindəki (Kaliforniya) evlərindən 32 kilometr aralıda qalması olub.

Ailə dostu Kim Heys bildirib ki, son həftələr Larri məkanda oriyentasiyada problemlər yaşayıb. Hətta bu yaxınlarda konsert zamanı səhnəyə yolu tapmaq üçün köməyə ehtiyacı olub.

“Mən onların belə qəribə şəraitdə vəfat etdiklərinə inana bilmirəm”, – deyə o əlavə edib.

Polis əməkdaşları cütlüyün ölümündə cinayət tərkibi görmədiklərini bildiriblər.

 

Mənbə: Daily Mail